“Xəzər Lənkəran” da penalti vurarmış...
20.12.2011 - 12:41
Premyer Liqanın XVII turunun “Kəpəz”lə səfər oyunu “Xəzər Lənkəran” üçün daha bir faktla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, lənkəranlılar cari mövsümdə ilk dəfə 11 metrlik cərimə zərbəsi vurub. Cənub təmsilçisi sonuncu dəfə ötən mövsümün XXIV turunda penalti vurmuşdu. Bu il martın 18-də “Neftçi” ilə Lənkərandakı həmin matçda Julius Vobay 11 metrlik nöqtədən dəqiq olmuşdu.
“Xəzər Lənkəran” növbəti penalti qərarını 273 gün gözləməli oldu. Təbii ki, ölkə kubokunun finalındakı oyun sonrası penaltilər seriyası nəzərə alınmamaqla. Vobayın penaltisindən sonra lənkəranlılar 30 oyunda 11 metrlik cərimə zərbəsi vurmaq həsrətində qalıb.
Əslində “Xəzər Lənkəran” mövsümdə bir dəfə penalti vurmağa öyrəşib. 2010/11 mövsümündəki həmin penalti də indiki kimi yeganə olmuşdu. Ondan əvvəlki son zərbə isə 2010-cu il aprelin 23-də vurulmuşdu. Həmin vaxt 2009/10 mövsümündə çempionatın 29-cu turunun “İnter”lə görüşündə İvan Svetkov 11 metrdən qapını dəqiq nişan almışdı. Bundan 329 gün sonra hakimlər “Xəzər Lənkəran”ın penalti vurmasına imkan yaratdılar. Bu müddətdə lənkəranlılar 34 oyun keçirmişdi. Bir sözlə, son 67 matçda cəmi 3 penalti vurulub.
Ümumilikdə, “Xəzər Lənkəran” 7 illik tarixində müxtəlif turnirlərdə 30 penalti zərbəsi vurub. Oyun sonrası penaltilər seriyaları nəzərə alınmamaqla, hesablanan bu 30 zərbədən yalnız 4-ü dəqiq olmayıb. “Kəpəz”lə oyuna təsadüf edən 30-cu yubiley penaltisi 26-cı qolun vurulması ilə nəticələnib. “Xəzər Lənkəran”dan penaltini dəqiq vurmayanlar Miroslav Saviç, Zaur Ramazanov, Allan Lalin, Mario Souza olub.
“Xəzər Lənkəran”ın mövsümlərlə vurduğu penaltilər
2004/05 – 6/6
Bəxtiyar Musayev – 1/1
Vyaçeslav Lıçkin – 1/1
Oqtay Dərəlioğlu – 4/4
2005/06 – 4/3
Miroslav Saviç – 1/0
Samir Əliyev – 2/2
Katalin Lita – 1/1
2006/07 – 7/7
Zaur Ramazanov – 6/6
Mahmud Qurbanov – 1/1
2007/08 – 3/2
Zaur Ramazanov – 2/1
Yakuba Bamba – 1/1
2008/09 – 3/3
İvan Svetkov – 2/2
Mario Souza – 1/1
2009/10 – 5/3
Allan Lalin – 1/0
İvan Svetkov – 3/3
Mario Souza – 1/0
2010/11 – 1/1
Julius Vobay – 1/1
2011/12 – 1/1
Branimir Subaşiç – 1/1
Mənbə: lankaranfc.com

0
0