“Topaz” təqdim edir: Hədəf liderlik, rəqib “Kalyari”
20.12.2011 - 12:47
“Topaz” təqdim edir: Hədəf liderlik, rəqib “Kalyari”
Milad bayramı ilə əlaqədar, əvvəlcədən nəzərdə tutulduğu kimi oyun qrafiki sıxlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Avropada, eləcə də, dünyanın digər regionlarında bayram gününə matç salınmaması üçün komandalar bu gün və sabah meydana çıxacaqlar.

Azərbaycanda da vəziyyət fərqli deyil. Premyer Liqada forma geyən əcnəbilərin maraqlarına uyğun olaraq, yəni həmin futbolçuların bayramı doğmalarının arasında keçirməsini təmin etmək üçün qış fasiləsindən öncəki son turun oyunları bu günə və sabaha salınıb.

Bunun üçün “Topaz”la qazanmaq, qazancınızı ikiyə qatlamaq üçün ideal şərait var. Azərbaycanda yeganə mərc oyunları operatoru həmişə olduğu kimi yenə müştərilərinin maraqlarını güdməyə davam edir.
Bugünkü proqramı da zəngindir. İngiltərə, Fransa və İtaliya çempionatları ilə yanaşı, kubok matçlarına da yer ayırılıb. Təbii ki, Azərbaycan futbolunun təqibçiləri də unudulmayıb. Bir sözlə, müştərilərin rahatlığı üçün əllərindən gələni əsirgəməyiblər.

Günün ən maraqlı matçı İtaliyada keçiriləcək. “Milan” yenidən liderlik kürsüsünə yüksəlmək üçün “Kalyari” maneəsini dəf etməlidir. Şimali İtaliyanın mərkəzi şəhərinin, ölkənin iqtisadi paytaxtının təmsilçisinə “Kalyari”ni məğlub etmək nəsib olacaqmı? Çətin sualdır, deyilmi? Fikirləşməyə dəyər. Amma fikirlərinizi pula çevirməyə də dəyər. Odu ki, “Topaz” məntəqələrinə üz tutmağı unutmayın.

Uğur qazandığı halda belə heyətlə oynayan “Olimpik” Marsel rəhbərliyi, yalnışlarının əziyyətini çəkir. Belə ki, qoyulan sərmayəyə rəğmən marsellilərin çempionatdakı vəziyyəti o qədər də ürəkaçan deyil. Qarşısına çempionluq hədəfi qoymuş komandanın səkkizinci pillədə qərarlaşması, mövsümün fiaskosu anlamı daşıyır. Əgər “Nansi” üzərində qələbə qazanılarsa, “Olimpik” 3 pillə irəliləyə bilər. Bir sözlə, hər şey Marsel təmsilçisinin özündən asılıdır. “Topaz”sevərlər bu matça aid fikirlərini bizlərlə bölüşə, bölüşə-bölüşə də maddi rifahını yüksəldə bilərlər.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.