Yığmamızın futbolçusu cərrahiyyə əməliyyatı olunacaq
20.12.2011 - 13:35
“Yeni illə bağlı xüsusi planım var idi. Ancaq alınmayacaq. Çünki reabilitasiyaya gedəcəm”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun müdafiəçisi Rail Məlikov deyib.
“Simurq”la matçda çiynindən zədə alan futbolçu Premyer Liqa oyunlarına iynə gücünə çıxdığını deyib. O, sabah “Kəpəz”lə qarşılaşmadan sonra zədəsini sağaltmaq üçün ölkə xaricinə yollanacaq: “Türkiyə və ya Almaniyaya gedəcəm. Neçə vaxtdır meydana iynənin köməyi ilə çıxıram. Arxa əzələmdə, çiynimdə ağrılar var, çox əziyyət çəkirəm. Ona görə də müalicə olunmağın vaxtıdır”.
Millimizin futbolçusu yanvarda keçiriləcək təlim-məşq toplanışına qədər sıraya dönəcəyini bildirib: “İnşallah, yanvardakı toplanışa qədər sağalıb, komandanın hazırlığına qoşularam. Qışda yaxşı hazırlıq keçməliyik ki, çempionatın sonunda istədiyimiz nəticəni əldə edək”.

- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
- "Arsenal"da yeni qapıçı - RƏSMİ
- "Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
0
0