“Neftçi” qış fasiləsinə 8 xal irəlidə yollandı
20.12.2011 - 16:56
“Neftçi” qış fasiləsinə 8 xal irəlidə yollandı
Əvəzedici komandalar arasında Azərbaycan çempionatında 2011-ci ilə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XVIII turun bu gün keçirilən son 3 oyununda “Neftçi” ilə “Xəzər Lənkəran” əzmkar qələbə qazanıblar. Nəticədə “Neftçi”nin əsas komandası kimi, 1-ci yerdə olan əvəzediciləri qış fasiləsinə böyük üstünlüklə yollanıb. Əslində paytaxt təmsilçisinin əvəzedicilərin qış çempionu olmağı hələ bunadək dəqiqləşmişdi. Sadəcə, “Neftçi”nin ən yaxın izləyicisi “Qəbələ”nin evdə uduzmağı xal fərqinin 8-ə çatmağı ilə nəticələnib.

20 dekabr

"Qəbələ" - "Qarabağ" – 0:1
Bəxtiyar Məmmədov, 8

"Neftçi" - "Kəpəz" – 2:1
Malik Babayev, 48, Ağabala Ramazanov, 70-pen - Fuad Əliyev, 30

"Xəzər Lənkəran" - "Bakı" – 2:1
Elvin Mansurov, 30, Elvin Mirzəyev, 61 - Eltun Hüseynov, 8

 Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 18 12 4 2 43-22 40
2 "Qəbələ" 18 9 5 4 23-18 32
3 AZAL 18 9 3 6 34-22 30
4 "Kəpəz" 18 7 5 6 27-22 26
5 "İnter" 18 8 2 8 21-19 26
6 "Simurq" 18 7 5 6 24-30 26
7 "Turan" 18 5 6 7 24-30 21
8 "Sumqayıt Şəhər" 18 5 6 7 26-29 21
9 "Bakı" 18 6 3 9 34-33 21
10 "Qarabağ" 18 6 3 9 22-28 21
11 "Xəzər Lənkəran" 18 5 3 10 20-32 18
12 "Rəvan" 18 4 5 9 21-34 17