Rauf Əliyev 2011-ə yubileylə nöqtə qoyur
20.12.2011 - 17:03
Premyer Liqanın XVIII turu Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 22 yaşlı hücumçusu ölkə çempionatlarında yubiley oyununa çıxacaq.
2011-ci ilin ən yaxşı futbolçusu seçilən Əliyev “Qəbələ” ilə ilin son matçında Premyer Liqadakı 100-cü qarşılaşmasını keçirəcək. 2006/07 mövsümündə elitada debüt edən Rauf səfər matçınadək keçirdiyi 99 görüşdə 21 qol vurub.
Qeyd edək ki, Rauf bu matçların hamısını “Qarabağ”ın heyətində keçirib.

| Mövsüm | oyun | Qol |
|---|---|---|
| 2006/07 | 11 | 1 |
| 2007/08 | 7 | 1 |
| 2008/09 | 8 | 1 |
| 2009/10 | 27 | 5 |
| 2010/11 | 31 | 10 |
| 2011/12 | 15 | 3 |
| Cəmi | 99 | 21 |
0
0