“Heç bir komanda qələbəyə layiq oyun göstərmədi”
20.12.2011 - 17:29
“Heç bir komanda qələbəyə layiq oyun göstərmədi”
“Meydanın ot örtüyünün vəziyyəti komandalara baxımlı oyun göstərməyə imkan vermədi. Heç bir komanda qələbəyə layiq oyun göstərmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab deyib.

Sumqayıtlılar Premyer Liqanın bu il son oyununda evdə “Turan”a 1:0 hesabı ilə qalib gələrək, qış fasiləsinə rəqibindən 4 xal irəlidə yollandı. Almaniyalı mütəxəssisin sözlərinə görə, bütün matç boyu yaxşı təsir bağışlamayıblar: “Qolu vurana qədər pis, fərqlənəndən sonra isə daha yaxşı oynadıq. İkinci qolu da rəqib qapısından keçirə bilərdik, lakin imkandan yararlana bilmədik. Qış fasiləsindən öncə qalib gəlmək vacib idi”.