“İlk “altılığ”a düşmək imkanlarımızı çətinləşdirdik”
20.12.2011 - 17:41
“İlk “altılığ”a düşmək imkanlarımızı çətinləşdirdik”
“Oyuna yaxşı başlamışdıq, lakin istədiyimiz kimi alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın məşqçisi Rafiq Mirzəyev deyib.

Premyer Liqanın XVIII turu çərçivəsində “Rəvan”a uduzan AZAL-ın çalışdırıcısı mətbuat konfransında bildirib ki, bu məğlubiyyətlə “altılığ”a düşmək şanslarını çətinə salıblar: “Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm, yaxşı oynadılar. İlk “altılığ”a düşmək imkanlarımızı çətinləşdirdik. Qış fasiləsində komandanı daha yaxşı hazırlaşdıracağıq”.

“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov isə futbolçularına təşəkkür edib və xalqımızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib: “Mübarizə şəraitində keçən oyun oldu, AZAL güclü komandadır. Bizim futbolçular da yaxşı oyun göstərdi, hamısına təşəkkür edirəm. Qarşıdan gələn bayramlar münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm”.