“Allah məni sınağa çəkdi ki, bax, adamları tanı”
21.12.2011 - 00:00
Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi
- UEFA sizə 2 ay cəza verdi. Futbolsuz qaldığınız müddətdə yaxşı-pisi müəyyənləşdirə bildinizmi?
- Əlbəttə, tanıdım. Bu, bir növ mənim üçün sınaq idi. Söz var, deyirlər ki, Allah sevdiyi bəndəsini sınağa çəkir. Allah da məni sınağa çəkdi ki, bax, adamları tanı.
- Demək olar ki, futbol ictimaiyyətinin əksəriyyəti bu məsələdə sizə dəstək oldu. Eləcə də, mətbuatın dəstəyini hiss etdinizmi?
- Demirəm ki, məni pisləyən oldu. Gəlin, mətbuatdan danışaq. Həmişə mətbuatla yaxşı münasibətdə olmuşam.
- Sevincinizi öncə kiminlə bölüşdünüz?
- Öncə anamla!
- Bəs ananızın reaksiyası necə oldu?
- Düzü, mən əvvəlcədən də deyirdim ki, cəzanın müddəti az olacaq. Anam da gözlədiklərimin həqiqətə çevrildiyinə görə çox sevindi. Amma baxma, ana ürəyidir. Övladının hər çətinliyinə görə, narahat olur. Əlbəttə, heç bir ana istəməz ki, övladı çətinliyə düşsün. Odur ki, işlərin sona çatdığını və qısa müddətə cəzalandırıldığımı biləndə çox sevindi.
- İndi özünüzdə nəsə ağırlıq hiss etmirsiniz ki?
- Şəxsən mən heç vaxt deməmişəm ki, məşqə ehtiyacım yoxdur. Hər zaman bildirmişəm ki, irəli getmək üçün hazırlaşmaq lazımdır. Özümü normal hiss edirəm. İnşallah, bu gün “Qarabağ”la oyundan sonra bir qədər istirahət edib, yenidən hazırlığa qatılacağıq. Fevralda göstəricilərim bundan da yaxşı olacaq.
- Yığma üzvlərindən kimlərsə zəng vurub, sizi təbrik edib?
- Zəng vuranlar olub. Məsələn, AFFA-dan əlaqə saxlayanlar var. Lakin ad açıqlamaq istəmirəm. Kim zəng vurubsa, hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.
- Konkret qanında hansı maddənin tapıldığı müəyyənləşibmi?
- Düzü, bilmirəm. Heç adının açıqlanıb-açıqlanmayacağını da bilmirəm. Əgər desəm, yalan danışmış olaram. İnanıram ki, hər şey yaxşı olacaq.
- İlin ən yaxşısı seçilməyə namizədlər arasında idiniz. Bəlkə də dopinq qalmaqalı buna imkan vermədi. Siz necə düşünürsünüz?
- Ola bilər. Düz deyirsiniz. Amma mən konkret bir söz deyə bilmərəm.

0
0