“Dalğa Arena”dan zirvəyə
21.12.2011 - 09:41
Avstriyada 2011-ci ilin ən yaxşı futbolçusunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubunda çıxış edən David Alaba ölkəsinin ən yaxşısı seçilib. 19 yaşlı futbolçu Avstriya “Austriya” komandasının üzvü Nəsir Baraziti cəmi 1 xal arxada qoyub. Səsvermədə 3-cü yeri isə digər Almaniya təmsilçisi “Ştutqart”da çıxış edən Martin Harnik tutub. Alabanın mükafatlandırma mərasimi gələn il fevralın 29-da Finlandiya ilə yoldaşlıq oyununda gerçəkləşəcək.
Qeyd edək ki, Alaba bu il keçirilən Azərbaycan – Avstriya qarşılaşmasının iştirakçısı olub. O, “Dalğa Arena”dakı görüşdə komandasının 4:1 hesablı qələbəsinə sevinib.
Qeyd edək ki, Alaba bu il keçirilən Azərbaycan – Avstriya qarşılaşmasının iştirakçısı olub. O, “Dalğa Arena”dakı görüşdə komandasının 4:1 hesablı qələbəsinə sevinib.
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
- "Arsenal"da yeni qapıçı - RƏSMİ
- "Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
0
0