“Neftçi” qış çempionu oldu, liderlər ili qələbə ilə bitirdi
21.12.2011 - 17:53
“Neftçi” qış çempionu oldu, liderlər ili qələbə ilə bitirdi
Bu gün Premyer Liqada XVIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin son 3 oyunu qonaqlar üçün uğursuz olub.

Onlar qələbə bir yana, heç qol da vura bilməyiblər. 3 qarşılaşmada hesabına 1 xal yazan qonaqlardan yalnız “Qarabağ” irəli düşüb. Belə ki, Ağdam təmsilçisi xallarını bərabərləşdirdiyi “Bakı”nı şəxsi oyunda (2:1) üstələdiyindən, 4-cü pilləni ələ keçirib.

Səfərdə “Xəzər Lənkəran”a böyük hesabla uduzan “Bakı” isə 5-ci pilləyə düşüb. “Qarabağ”la xalları bölən “Qəbələ” 6-cı pillədə möhkəmlənərək, “zolaqlılar”dan 3 xal geri qalır.

Gözlənildiyi kimi, qış çempionu “Neftçi” olub. Buna evdə “Kəpəz” üzərində qələbə ilə nail olan “ağ-qaralar” liderliyi qaytararaq, ili səfərdə 3 xalla bitirən “İnter”i 2-ci pilləyə göndərib. “Xəzər Lənkəran” isə ən yaxın izləyicilərini artıq 6 xal qabaqlayaraq, 3-cü yerdəki mövqeyini daha da möhkəmlədib.

20 dekabr

“Simurq” – “İnter” - 0:2
QOL: Baçana Sxadadze, 12, Nizami Hacıyev, 90
Qırmızı vərəqə: İlkin Qırtımov, 55 (birbaşa qırmızı vərəqə)
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Coşqun Həsənov, Fuad Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
Zaqataladakı oyunların balansı: 5 oyun: +0=1-4 (5-10).
2006/07 – 1:2, 2007/08 – 3:4, 2008/09 – 0:2, 2009/10 – 1:1 (təsnifat), 2010/11 – 0:1 (təsnifat).
İlk dövrədəki oyun – 0:1.

“Rəvan” – AZAL - 3:1
QOL: Amid Hüseynov, 34; Samuel Barlay, 45+1, Reis Klaudinei, 61 - Zohair Benouahi, 70
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Elşən Acalov, Vüsal Əliyev
Bakı. “Dalğa Arena” stadionu
Komandalar “Rəvan”ın meydanında ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 2:1.

“Sumqayıt Şəhər” – “Turan” - 1:0
QOL: Samir Abasov, 71
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Zeynal Zeynalov, Rəhim Həsənov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Komandalar Sumqayıtda ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 0:1.

21 dekabr

“Xəzər Lənkəran” – “Bakı” - 3:0
QOL: Branimir Subaşiç, 29 (p.), Julius Vobay, 45+1, Rahid Əmirquliyev, 55
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu.
Lənkərandakı oyunların balansı: 9 oyun: +5=3-1 (11-3).
2004/05 – 2:0, 2005/06 – 0:1, 2006/07 – 1:0, 2007/08 – 0:0, 2008/09 – 3:0, 2009/10 – 1:1 (təsnifat), 1:0 (“altılıq”), 2010/11 – 1:1 (təsnifat), 2:0 (“altılıq”).
İlk dövrədəki oyun – 2:2.

“Qəbələ” – “Qarabağ” - 0:0
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Əliyar Ağayev
Qəbələ. Şəhər stadionu
Qəbələdəki oyunların balansı: 6 oyun: +1=1-4 (8-9).
2006/07 – 0:2, 2007/08 – 1:2, 2008/09 – 1:2, 2009/10 – 1:1 (təsnifat), 3:1 (“altılıq”), 2010/11 – 2:1 (təsnifat).
İlk dövrədəki oyun – 1:0.

“Neftçi” – “Kəpəz” - 2:0
QOLLAR: Flavinyo, 18 (pen), Bahodir Nasimov, 43
Qırmızı vərəqələr: İqor Mitreski, 55 (2-ci sarı) - Armand Feutchine, 66 (2-ci sarı)
Hakimlər: Anar Salmanov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Alik Yunusov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Bakıdakı oyunların balansı: 16 oyun: +10=1-5 (31-17).
1992 – 2:1, 1993 – 2:0, 1993/94 – 0:1, 1994/95 – 0:0, 1995/96 – 3:2 (təsnifat), 2:3 (“altılıq”), 1996/97 – 2:0, 1997/98 – 0:2, 1998/99 – 1:3 (təsnifat), 3:0 (“altılıq”), 1999/00 – 3:1, 2000/01 – 1:0, 2003/04 – 3:0, 2004/05 – 2:0, 2005/06 – 1:2, 2010/11 – 6:2 (təsnifat).
İlk dövrədəki oyun – 1:1.

 KomandaOQHMQollarXallar
1Neftçi18121537-1637
2İnter18106216-936
3Xəzər Lənkəran18105327-1735
4Qarabağ1885520-1429
5Bakı1885523-1629
6Qəbələ1875618-1926
7AZAL1865726-2823
8Rəvan1857621-2222
9Simurq1854918-2719
10Kəpəz18441021-3416
11Sumqayıt Şəhər18431113-2315
12Turan18321310-2611


Bombardir: Bahodir Nasimov (Neftçi) - 11