Avropa çempionunu Azərbaycana buraxmadılar
21.12.2011 - 10:38
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan İsrail yığması baş məşqçi məsələsində önəmli addım atıb. Apasport.az saytının məlumatına görə, İsrail Futbol Assosiasiyasının (İFA) İcraiyyə Komitəsinin iclasında millinin fransalı çalışdırıcısı Luis Fernandesin məsələsinə baxılıb. Nəticədə futbolçu kimi 1984-cü ildə Mişel Platininin kapitanı olduğu Fransa yığmasında Avropa çempionu olan Fernandesin istefaya göndərilməyi qəbul olunub. İsrail yığması 2010-cu ildən baş məşqçisi olan fransalının rəhbərliyi altında ötən seçmə mərhələdə 16 xalla qrupda 3-cü yeri tutub və 2012-ci il Avropa çempionatının final mərhələsinə çıxa bilməyib.
İsraillilər yeni baş məşqçisi ilə də bağlı yekun qərar verərək, bir müddətlik fasilədən sonra yerli mütəxəssisə güvənəcək. Belə ki, Təl-Əviv “Hapoel”inin çalışdırıcısı Eli Qutmanın təyinatı gələn ilin yanvarında rəsmiləşəcək. O, 2 illik müqavilə imzalayaraq, ilinə 220-230 min dollar qazanacaq. Qutmanın Avro-2016-da da postunda olmaq ehtimalı böyükdür. Çünki İFA qrupumuzda Portuqaliya və Rusiya kimi güclü yığmalar olduğundan,final mərhələsinə çıxmağın çətin olmağı faktını nəzərə alaraq, baş məşqçiyə sonrakı seçmə mərhələdə də şans verməyə hazırdır. Qutmanın köməkçisi yığmanın sabiq kapitanı Nir Klinqer olacaq.
Qeyd edək ki, millimiz növbəti seçmə mərhələdə ilk oyununu gələn ilin sentyabrın 7-də evdə İsrail yığması ilə keçirəcək.

0
0