Mirça Rednik müqavilə bağladığı klubun adını açıqladı
21.12.2011 - 11:36
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin karyerasını davam etdirəcəyi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, xeyli fasilədən sonra vətənində çalışacaq rumıniyalı mütəxəssis ÇFR klubu ilə razılığa gəlib.
Rednikin Kluj təmsilçisinin sahibi Florian Valterlə danışıqları müsbət yekunlaşıb: “Etiraf edirəm ki, yalnız bu komandadan konkret təklif almışdım. Dünən axşam Valterə müsbət cavab verdim. Biz artıq müqavilənin şərtlərini danışıb, razılaşdırmışıq. Bu ilk mərhələdə 6 aylıqdır. Ancaq müqavilədə sonradan 1 mövsüm artırılmağın mümkünlüyü ilə bağlı bənd də yer alıb”.
49 yaşlı çalışdırıcının qarşısında duran məqsəd dəyişməz qalır. Belə ki, ÇFR gələn mövsüm avrokuboklara düşmək üçün ilk “5-lik”də qərarlaşmağı hədəfə alıb. Kluj təmsilçisi 18 turdan sonra 28 xalla 8-ci yerdədir.
Qeyd edək ki, Rednik bu ayın əvvəlində “İnter”ə ev məğlubiyyətindən sonra “Xəzər Lənkəran”dan istefaya göndərilmişdi.

0
0