Yığmamız “Zenit”in futbolçularını sınayacaq
21.12.2011 - 12:11
Yığmamız “Zenit”in futbolçularını sınayacaq
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) növbəti təlim-məşq toplanışına heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun baş məşqçisi olduğu yığmamız dekabrın 22-dən 30-a qədər Bakıda seleksiya xarakterli hazırlıq keçəcək.

Toplanışa 28 futbolçu dəvət olunub. Bunlar Emil Balayev, Sərxan Abbaslı, Orxan Əliyev, Ruslan Nəsirli, Samir Yusifov, Şamil Cəmaləddinov (“Sumqayıt Şəhər”), Fərid Ağayev, Murad Musayev, Elmin İsmayılzadə (hamısı “Qəbələ”) Rəşad Əzizov, Tural Məmmədli, Məqsəd İsayev, Elşən Abdullayev, Aslan Hüseynov (hamısı “Neftçi”), Fuad Bayramov, Nurxan Mənsimzadə (hamısı “İnter”), Namiq Ələsgərov, Raul Yaqubzadə, Rəsul Teymurxanlı (hamısı “Bakı”), Oruc Balaşlı (“Simurq”), Əliağa Xudiyev (“Qarabağ”), Azər Abbasov, Tural Hümbətov (hər ikisi “Zenit”, Rusiya), Əli Əliyev (“Zirka”, Ukrayna), Tofiq Şəfiyev (“Sport Akademiya”, Rusiya), Elnur İsmayılov (“Daçiya”, Moldova), Ruslan Badalov (“Volqoqrad”, Rusiya), Elvin Ağamalovdur (“Şinnik”, Rusiya).

Qeyd edək ki, U-19 gələn ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə ölkəmizi təmsil edəcək.

Mənbə: affa.az