AZAL evdə amansız, səfərdə acizdir
21.12.2011 - 12:57
AZAL Premyer Liqanın cari mövsümündə təzadlı çıxış edir. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” bu ildən istifadəyə verilən Şüvəlandakı doğma stadionunda nə qədər inamlı təsir bağışlayırsa, səfərdə bir o qədər zəif çıxış edir.
İlk dövrədən sonra istefa verən Elxan Abdullayevi baş məşqçi postunda əvəzləyən köməkçisi Rafiq Mirzəyev evdə yüz faizli nəticə göstərsə də, rəqib meydanında məğlubiyyətləri sıralayır. Belə ki, komanda Mirzəyevin rəhbərliyi altında “AZAL Arena”da “Qəbələ”yə (3:0), “Kəpəz”ə (2:0), “Bakı”ya (1:0), “Simurq”a (5:1) qalib gəlib, səfərdə “İnter”lə bərabərliyə qalıb (1:1), “Neftçi” (1:7) və ”Rəvan”a (1:3) uduzub. Bu müddətdə bütün oyunlarda qol vuran AZAL cari mövsümdə hələ ki ən böyük hesabla uduzan komandadır.
“Təyyarəçilər”in cari mövsümdə səfər matçlarına nəzər salsaq, artıq 4 aydır, 135 gündür qələbə qazana bilmədiyini görə bilərik. Halbuki komanda cari çempionatımıza məhz səfər qələbəsi ilə başlamışdı. Belə ki, AZAL ilk turda avqustun 7-də “Simurq”u Zaqatalada böyük hesabla qalib gəlməklə (3:0), yadda qalmışdı. Nəticədə “təyyarəçilər” bu mövsümdə səfərdə ilk qələbə qazanan komanda kimi tarixə düşdü. Ancaq Bakı təmsilçisi bundan sonra uğursuzluq zolağına düşdü və rəqib meydanında keçirdiyi qalan 8 matçda cəmi 4 xal toplayıb.
Qeyd edək ki, AZAL qış fasiləsinə 18 oyundan 23 xalla 7-ci pillədə yollandı.

0
0