Fabio Luis Ramimdən İstanbulda test götürülüb
21.12.2011 - 13:43
“Bakı”nın futbolçusu Fabio Luis Ramim Türkiyəyə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yığmamızın da üzvü olan milliləşdirilən braziliyalı yarımmüdafiəçi komandası ilə Lənkərana yollana bilməyib. Hələ yığmamızın heyətində avqustda Makedoniya millisi ilə Bakıda yoldaşlıq görüşündə aldığı zədədən sonra xeyli vaxt yaşıl meydandan kənarda qalan, qayıtdıqdan sonra daim oynamayan Fabio İstanbula üz tutmalı olub. Belə ki, müalicəsini "Acıbadəm" klinikasında 1 saatlıq ortopedik bərpa seansı ilə davam etdirən Ramimdən izokinetik test götürülüb.
Qeyd edək ki, “Bakı”nın Premyer Liqada ilin son oyununda - “Xəzər Lənkəran”la bugünkü səfər matçında daha 2 legioneri oynamayacaq. Xorvatiyalı yarımmüdafiəçi Aleksandr Şoliçlə latviyalı Maris Verpakovskisin də zədə üzündən Lənkəranda meydana çıxmayacağı dəqiqdir.

0
0