Andrey Popoviç: Yeni komanda üçün 15 xalı yaxşı nəticə sayıram
21.12.2011 - 14:52
“Meydançanın istənilən vəziyyətdə olmaması və havanın küləkli olması hər iki komandanın oyununa maneçilik törətdi”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt Şəhər”in qapıçısı Andrey Popoviç deyib.
Yığmamızın da şərəfini qoruyan 21 yaşlı əlcək sahibi Premyer Liqanın XVIII turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Turan” üzərində qazanılan qələbəyə (1:0) münasibət bildirib: “Oyun ərzində bir neçə real qol vəziyyətimiz olsa da, erkən fərqlənə bilmədik. Lakin uşaqlar sona qədər döyüşdülər və əzmkar qələbə qazanmağı bacardıq. Yeni yaranmış komanda üçün qazanılan 15 xal düşünürəm ki, yaxşı nəticədir. Əsas odur ki, yeni ilə xoş əhval-ruhiyyə ilə gedirik”.
Popoviç klubunun rəsmi saytına verdiyi açıqlamasında xalqımıza bayram təbriklərini də çatdırıb: “Fürsətdən istifadə edib Dünya Azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibəti ilə hamını təbrik edirəm. Bayramınız mübarək olsun”.
Qeyd edək ki, “Sumqayıt Şəhər” debüt mövsümü keçirdiyi Premyer Liqada qış fasiləsinə 11-ci pillədə yollanıb.

0
0