75 illik yubiley öncəsi: Hər yerdə, hər liqada “Neftçi”
21.12.2011 - 16:29
Sonuna cəmi 10 gün qalan 2011-ci il Azərbaycan futbolunda “Neftçi”nin ili kimi qalacaq. Apasport.az saytının məlumatına görə, bu il uzun fasilədən sonra ölkə çempionu olan “ağ-qaralar” 2012-ci ilə də zirvədə yollanır. 2011/12 mövsümünün qış çempionu olan paytaxt təmsilçisi həm də tarixi bir nailiyyətə imza atdı. Belə ki, bakılılar 2011-ci ili “ağ-qara” rənglərə boyamaqla pokerə imza atdı.
Belə ki, Azərbaycanın futbol meydanlarında yeni ilə lider kimi gedən bütün komandalar “Neftçi”nindir. Bir sözlə yeni ildə lider ifadəsi ilə ağ-qaralar sinonim olacaq. Çünki bakılılar təmsil olunduğu 4 yarışın hamısında liderdir.
Premyer Liqada çıxış edən əsas komanda 18 turdan sonra ən yaxın izləyicisi “İnter”i 1 xal qabaqlayır. Bu liderlik 2012-ci ilin fevralından tez əldən verilməyəcək.
Əvəzedicilərin çempionatında isə “Neftçi”nin üstünlüyü daha böyükdür. Burada əsas komandadan da çox – 40 xal toplayan bakılılar “Qəbələ”ni 8 xal geridə qoyur. Bu isə o deməkdir ki, 2012-ci ilə lider kimi “Neftçi” yollanır.
Birinci divizionda “Neftçi” çıxış etməsə də uzun illər “Neftçi” İSM kimi adlanan komanda aşkar liderdir. Hazırda “Qaradağ-Lökbatan” kimi çıxış edən sabiq “neftçilər”in indi də “neftçi” olduğundan uzun-uzadı danışmaq yersizdir. Faktiki “Neftçi” İSM-in komandası olan paytaxt təmsilçisi ən yaxın izləyicisi “Karvan”dan 6 xal öndədir.
Stadionlarda ağalıq edən “Neftçi” yaşıl meydanlardan doymayıb zala da daxil olub. Belə ki, artıq böyük iddialarda olan “Neftçi” İSM futzal çempionatında qış çempionudur. Artıq neçə illərdir futzalda at oynadan “Araz”ı taxtdan salmaq iddiasında olan “neftçilər” 3 xallıq üstünlüklə 2012-ci ili lider kimi qarşılayacaq.
Qeyd edək ki, 1937-ci ildə yaradılan “Neftçi” gələn il 75 illik yubileyini qeyd edəcək. Bakılılar bu əlamətdar və böyük tarixdə 4 çempionluq titulu qazanmaq üçün qış çempionluğunu sonadək qorumalıdır.

0
0