“Komandamın öz oyununu tapması üçün bir qədər vaxta ehtiyac var”
21.12.2011 - 17:30
“Komandamın öz oyununu tapması üçün bir qədər vaxta ehtiyac var”
“Meydançanın ot örtüyünün vəziyyəti yaxşı idi. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Gənc mütəxəssis Premyer Liqanın XVIII turunda səfərdə “Qəbələ” ilə 0:0 hesabı ilə başa çatan oyun barədə fikrilərini açıqlayıb: “Qəbələ” əsasən standart vəziyyətlərdən qol vurmaq istəyirdi, lakin qapımızı toxunulmaz saxlaya bildik.İlin son oyunu olduğundan komandada yorğunluq hiss olunurdu. Komandanın öz oyunu tapması üçün bir qədər vaxta ehtiyac var”.