Fatih Kavlak ilin son oyununa qiymət verdi
21.12.2011 - 17:37
Fatih Kavlak ilin son oyununa qiymət verdi
“Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bununla belə, daha baxımlı oyun gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak məxsusdur.

Türkiyəli çalışdırıcı Premyer Liqanın XVIII turunda “Qarabağ”la baş tutan 2011-ci ilin son oyununa münasibət bildirib. Kavlakın sözlərinə görə, qol imkanlarına baxmayaraq, qələbə topunu vurmaq mümkün olmayıb: “Oyun mübarizə şəraitində keçdi. Bir neçə real qol imkanımız olsa da, bundan yararlana bilmədik. “Qarabağ” kimi komanda ilə görüşdə qazanılan 1 xal da uğurlu nəticədir”.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu heç-heçə (0:0) başa çatıb.