Böyükağa Hacıyev: Legionerləri oyuna kökləmək çox çətin idi
21.12.2011 - 17:45
Böyükağa Hacıyev: Legionerləri oyuna kökləmək çox çətin idi
“Fasiləyə lider kimi yollanmaq istəyirdi. Buna nail olduğumuz üçün şadam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Premyer Liqada 2 aylıq fasiləyə lider kimi yollanan qış çempionu buna bu gün evdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlməklə nail oldu.

Hacıyevin sözlərinə görə, əcnəbiləri fasilə öncəsi motivasiya etmək asan olmayıb: “Bizim üçün çətin oyun oldu. Legioner futbolçular artıq istirahət haqqında düşünür. Onları oyuna kökləmək çox çətin idi”.