“Kəpəz”dən gedəcək futbolçuların siyahısı artıq bu gün bilinəcək”
21.12.2011 - 17:50
“Kəpəz”dən gedəcək futbolçuların siyahısı artıq bu gün bilinəcək”
“Bugünkü oyunda əsasən gənc futbolçulara şans verdik. Fikrimcə, onlar özlərini yaxşı tərəfdən göstərdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mirbağır İsayev deyib. Gəncə təmsilçisini 5-ci oyuna çıxaran 37 yaşlı çalışdırıcı ardıcıl 3-cü məğlubiyyətdən qaça bilmədi: “Rəqib səviyyəcə bizdən üstün idi. Qış fasiləsindən sonra turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq. Komandadan gedəcək futbolçuların siyahısı artıq bu gün bilinəcək”.

Qeyd edək ki, İsayev məşqçiliyə vaxtilə oynadığı “Neftçi”də başlayıb, sonradan onun əvəzedici komandasının baş məşqçisi olub.