“Altılığ”a düşməsi və kənarda qalması rəsmiləşənlər
21.12.2011 - 18:11
Premyer Liqada cari mövsümün final mərhələsinin 2 iştirakçısı artıq müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində ilk 2 pilləsində qərarlaşan “Neftçi” və “İnter”in “altılıq”da oynayacağı təsnifat mərhələsinin sonuna 4 tur qalmış dəqiqləşib.
2-ci pillədəki “İnter” 7-ci yerdə qərarlaşan AZAL-ı 13 xal qabaqlayır ki, bu da “təyyarəçilər”in təsnifat mərhələsinin qalan 4 oyununda qalib gəlsə belə, “bankirlər”ə çatmayacağı deməkdir. 3-cü pillədə yer alan “Xəzər Lənkəran” isə AZAL-ı 12 xal qabaqlayır. Ancaq bu komandalar arasında oyun qalıb və bu, Lənkəranda olacaq. Yəni “təyyarəçilər” nəzəri cəhətdən cənub klubuna çata bilər. Ancaq AZAL-a səfərdə 3:0 hesabı ilə qalib gəlməklə, böyük üstünlüyə malik “Xəzər Lənkəran”ın “altılıq”dan kənarda qalacağı real deyil.
Son pillədə gedən “Turan”ın isə “altılıq”dan kənarda qalması artıq rəsmiləşib. Belə ki, hesabında 11 xal olan Tovuz təmsilçisi 6-cı yerdə qərarlaşan “Qəbələ”dən 15 xal geri qalır və qalan 4 turda qalib gəlsə belə, ona çata bilməyəcək.
Qeyd edək ki, Premyer Liqamızda yaranan qış fasiləsinə gələn ilin fevralın 10-da yekun vurulacaq.
Mehman SÜLEYMANOV

0
0