Aleksandr Starkov: Bu, “Xəzər Lənkəran” üçün əlavə stimul oldu
21.12.2011 - 18:27
“Xəzər Lənkəran”ı qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə qapımıza penaltidən qol vuruldu. Bu oyunun gedişinə təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Aleksandr Starkov deyib.
Latviyalı mütəxəssis ili Premyer Liqanın XVIII turunda səfərdə “Xəzər Lənkəran”a 0:3 hesablı məğlubiyyətlə başa vurdu.
Starkovun fikrincə, lənkəranlıların 29-cu dəqiqədə penaltidən hesabı açmağı nəticəyə təsir edib: “Matçın əvvəlində bərabər səviyyəli oyun getdi. Ancaq penaltidən vurduğu qol “Xəzər Lənkəran”ın işinə yaradı. Bu, onlar üçün əlavə stimul oldu və nəticədə qalib gəldilər”.
Qeyd edək ki, meydan sahibləri sonrakı 2 qolu 45+1 və 55-ci dəqiqədə vurdu.

0
0