İskəndər Cavadov: Kimsə bunu “fırladıb”, başqa şeylər yazır
22.12.2011 - 00:03
“Mən yayılan söz-söhbətlərə görə həyəcan keçirirəm”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İskəndər Cavadov deyib.
Milli komandamızın baş məşqçisi Berti Foqts mətbuata sonuncu müsahibəsində yenidən Vaqif Cavadov qalmaqalına toxunub. Almaniyalı çalışdırıcı bildirib ki, Avstriyaya ilə Bakıdakı oyundan (1:4) sonra düşərgəni tərk edən futbolçunu yığmaya qaytarmaq fikrində deyil.
Halbuki, AFFA-nın İcraiyyə Komitəsinin son iclasında gənc hücumçunun milliyə qaytarılması üçün Foqtsa müraciət ediləcəyi barədə fikirlər səslənmişdi.
Cavadovun sözlərinə görə, bu məsələ ilə bağlı şəxsən almaniyalı çalışdırıcaya hansısa xahiş etmək fikrində deyil: “Foqts özü bilər. Mən belə deyirəm, amma kimsə bunu “fırladıb”, başqa şeylər yazır. İcraiyyə Komitəsinin iclasında qulp qoyublar ki, lazım olsa, Vaqifi qaytararıq. Kazbek Tuayev də bunu nəzərə alıb, “icrakom”un iclasında məsələni qaldırdı. Bizdə çox sayda hücumçu yoxdur. Məsələ qaldırılmalıdır, yoxsa yox?”

0
0