Vladislav Qədirov: Rəhbərliyin mənə qarşı çıxacağına inanmıram
22.12.2011 - 00:12
Premyer Liqanın XVIII turunda AZAL üzərində qələbə qazanan “Rəvan” klubunun futbolçuları istirahətə buraxılıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vladislav Qədirov məlumat verib. O bildirib ki, komanda yanvarın 12-də bir araya gələcək.
“Komandamız çox xallar itirdi. “Kəpəz” və “Simurq”la oyunlarda uduzmamalı idik. Amma son matçda qalib gəlib, ili major notla bitirdik. Artıq komanda istirahətə buraxılıb. Yanvarın 12-də bir araya gələcək komandanı mən yox, köməkçilərim qarşılayacaqlar. Yanvarın 12-də yalnız yerli futbolçular toplaşacaqlar. Bundan 3 gün sonra isə legionerlər də heyətə cəlb olunacaq” – deyə, Qədirov bildirib.
Artıq transfer planlarını da cızan Qədirov bildirib ki, heyətə əvvəlcədən nəzərdə tutulduğu kimi, 1 deyil, 2 hücumçunun cəlb olunması realdır: “Mən özüm üçün hər şeyi müəyyənləşdirmişəm. 5 futbolçu ki var, onları komandadan uzaqlaşdıracağam. İndi onların adlarını ona görə açıqlamıram ki, bu barədə rəhbərliklə danışığım olmayıb. Amma inanmıram ki, rəhbərlik mənə qarşı çıxsın. Çünki bu günə qədər nə demişəmsə, onlar da ediblər. Əlbəttə ki, göndərdiyim qədər oyunçu da gətirəcəyəm. Çox güman ki, 2 hücumçuya ehtiyacım olacaq. Con Pelunu göndərdikdən sonra ön xətdə boşluq yaranıb”.
İlk “altılığ”a düşmək iddiasını davam etdirən debütantın qış hazırlıq planı da bəllidir: “Antalyaya getmək bizim üçün problem deyil. Onsuz da yanvarın 23-də Türkiyəyə getməyi planlaşdırmışdıq. Amma “Qarabağ”la səfər oyunu zamanı məskunlaşdığımız Kür Olimpiya İdman Mərkəzi fikrimi dəyişdi. Odur ki, Antalya variantının üzərindən xətt çəkib, Mingəçevirə üstünlük verdim. Biz artıq xərcdən də xilas olduq”.
Qeyd edək ki, “Rəvan” qış fasiləsinə 8-ci pillədə yollanıb.

0
0