Asiyanın 17-ci millisi yığmamızı yoldaşlıq oyununa çağırır
22.12.2011 - 00:10
Fevralın sonlarında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təlim-məşq toplanışına yollanacaq Azərbaycan yığması Asiya millilərindən biri ilə qarşılaşacaq. Apasport.az saytının xəbərinə görə, çox güman yoldaşlıq oyununda rəqibimiz Suriya olacaq.
Belə ki, Suriya yığmasının da fevralın sonlarında Dubaya səfər etməsi və 1 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub. Suriya mətbuatının yazdığına görə, həmin sınaq matçında rəqib kimi Qafqaz ölkələrinin yığmalarından biri ilə danışıqlar aparılır.
Millimizin də həmin vaxt Dubayda hazırlıq keçəcəyini nəzərə alsaq, Berti Foqtsun rəhbərlik etdiyi komandamızın suriyalılarla qarşılaşmada qüvvəsini sınayacağı istisna deyil. Həmin qarşılaşmanın fevralın 29-da keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, Suriya FİFA-nın dekabr ayı üçün açıqladığı reytinq siyahısında komandamızdan 2 pillə geridədir – 114-cü yer. Buna baxmayaraq, hazırda onlar reytinqdə Asiyanın 17-ci komandasıdır.

0
0