Poşkusa sabiq komandasından “qırmızı işıq”
22.12.2011 - 09:32
Poşkusa sabiq komandasından “qırmızı işıq”
“Simurq”un futbolçusu Robertas Poşkusun seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVIII turunun “İnter”lə oyununda qol vura bilməyən litvalı hücumçu ardıcıl 5 oyunluq uğurunu davam etdirə bilməyib. Buna qədərki 5 matçda ardıcıl qollar vuran Poşkus sabiq komandası qarşısında aciz qalıb.

Bundan əvvəlki turlarda Poşkus əvvəl “Sumqayıt Şəhər”i (1:0), ardınca isə iddialı rəqiblər “Xəzər Lənkəran” (2:2), “Neftçi”ni (2:4), “Turan”ı (2:1) və AZAL-ı (1:5) məyus etmişdi. Bu göstərici cari mövsümün rekordudur. Robertasla yanaşı digər legioner AZAL-ın braziliyalı oyunçusu Tales Şütz də ardıcı 5 oyunda qol vurub.