Millimizin rəqibi yoldaşlıq görüşünə güclü heyət xahiş edir
22.12.2011 - 09:52
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığması yoldaşlıq görüşü üçün daha bir rəqib tapıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız gələn ilin mayın 25-də Uruqvay yığması ilə oynayacaq. Özü də ruslar daha güclü heyətlə qüvvəsini sınamaq istəyir.
Uruqvay Futbol Assosiasiyasının prezidenti Sebastyan Bauza bildirib ki, Rusiya Futbol İttifaqı rəqibin onlardan maksimal döyüşkən çıxarmağı xahiş edib: “Rusiya tərəfi bizə müqavilə göndərdi ki, orada “Amerika Kuboku-2011”nin iştirakçısı olan daha çox futbolçularımızın oynamağını xahiş edib. Rusiya ilə oyun komandamız üçün 2014-cü il dünya çempionatının seçmə mərhələsində Venesuela və Peru yığmaları ilə rəsmi oyunlara hazırlıq xarakteri daşıyır”.

0
0