Bahodir Nasimov “Neftçi”nin məşqçisinin yerinə göz dikib
22.12.2011 - 10:22
Azərbaycan çempionatlarında ən çox qol vuran klub olan “Neftçi”nin bombardirlər siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, komandanın çempionat matçlarında ən çox qol vuran 10 oyunçu sırasında son pillənin şəriki olan Bahodir Nasimov artıq 26-cı dəfə fərqlənib. Premyer Liqanın XVIII turunun “Kəpəz”lə qarşılaşmasında fərqlənən özbəkistanlı bu matçadək onunla eyni sayda qol sevinci yaşayan Fərrux İsmayılovu arxada qoyaraq “Top-10”dan kənarlaşdırıb. Nasimovun arxada qoya biləcəyi növbəti futbolçu isə “Neftçi”nin məşqçisi Bəxtiyar Musayevdir.
| 1 | Samir Ələkbərov | 99 |
|---|---|---|
| 2 | Qurban Qurbanov | 66 |
| 3 | Yunis Hüseynov | 58 |
| 4 | Nazim Əliyev | 42 |
| 5 | Nadir Nəbiyev | 37 |
| 6 | Vadim Vasilyev | 32 |
| 7 | Branimir Subaşiç | 31 |
| 8 | Georgi Adamiya | 29 |
| 9 | Bəxtiyar Musayev | 28 |
| 10 | Bahodir Nasimov | 26 |
0
0