Yığmamızın üzvü zirvədə
22.12.2011 - 10:40
Yığmamızın üzvü zirvədə
Futzal üzrə Ukrayna çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futzalçıları Serjao və Biro Jadenin şərəfini qoruduğu “Uraqan” “Yenakiyevets”i qəbul edib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Bu heç-heçədən sonra xal hesabını 17-yə çatdıran İvano-Ftrankovsk təmsilçisi 3-cü pillədə qərarlaşıb. Biro Jadenin zədə üzündən buraxdığı görüşdə komandasının son qolunu vuran Serjao isə bombardirlər yarışının zirvəsinə şərik olub. O, 10 oyunda 10-cu qolunu vurub.