Biçər biçə-biçə gedir
22.12.2011 - 10:53
Azərbaycan futbolunda hər şey elə sürətlə və 360 dərəcə bucaq altında dəyişir ki, 2 il öncə “Fırtınalar meydanı”nda “ Xəzər Lənkəran”ı çempionluqdan edən gənc türkiyəli mütəxəssis Cüneyt Biçər bu kəs sabiq komandasına qarşı “Xəzər Lənkəran”ı meydana çıxarmışdı. İlk olaraq qeyd edim ki, cənublular elə gözəl və baxımlı futbol oynadı ki, “Bakı” matç ərzində “ağ-yaşıl”ların qapısı qarşısında yalnız bir dəfə elə də ciddi olmayan təhlükəli vəziyyət yarada bildi.
Hesabın daha böyük olmasına isə cənublu futbolçuların sadəcə diqqətsizliyi və qoldan doyması mane oldusa, “Bakı” da bəlkə də matçın 1/3-ni “ağ-yaşıllar”ın dalınca düşüb top axtarmaqla məşğul oldu. Matçın reportajına başlarkən hər iki çalışdırıcının 4-4-2 taktikasına güvəndiyini vurğulayım. Matçın seyrçisiz keçirilməsi “Xəzər Lənkəran”ı “zolaqlılar”a dəyişən Uinston Parks üçün sıradan bir şans deyildi. Lənkəranda “xəyanətkar” kimi qəbul olunan Parks boş tribunalar önündə Verpakovski ilə birgə qol arayışına çıxacaqdısa, Rusiç - Subaşiç tandemi də Biçərin etimadını doğrultmalıydı.
İlk 15 dəqiqə ərzində meydanda bərabər səviyyəli oyun gedir, qapılar önündə isə real təhlükəli vəziyyət yaşanmırdı. Hərçənd ki, buna qədər Verpakovski Pitsin mövqe səhvini lazımınca dəyərləndirə bilməmişdi. Dəqiqələr keçdikcə “Xəzər Lənkəran” təşəbbüsü ələ alaraq meydan boyu pressinqlə rəqibini öz qapısına sıxışdırmağa müvəffəq oldu. Arda-arda təzyiqin qarşısında nəhayət ki, qonaqlar səhvə yol verdi. Cərimə meydançası daxilində topu başı ilə qarşısına atmaq istəyən Rahidə qarşı Karqbo açıq ayaqla kobud oynadı. Subaşiç “Kəpəz”lə oyunda olduğu kimi, eyni küncü dəqiq nişan alıb hesabı açdı. Qoldan sonra da oyun intizamından qopmayan “gəmiçi”lər rəqibinə oynamağa, sadəcə imkan vermirdi. Eder Bonfimin cinahı isə uzun müddətdən sonra yenə fəallaşmışdı. Braziliyalı futbolçu tez-tez hücuma qoşulub cərimə meydançasına doğru asmalar edirdi. Rahid Əmirquliyevin iki dəfə uzaqdan qüvvətli zərbəsi dəqiq olmasa belə, üstünlük ev sahiblərində qalırdı.
Mərkəzdə və sağ cinahda tez-tez driblinqləri ilə yadda qalan Vobay artırma dəqiqəsində 4 futbolçunu ustalıqla keçib, gözəl qolla fərqi iki topa çatdırdı. Fasiləyə saniyələr qalmış qapısında ikinci qolu görən “Bakı” həm də “soyuq duşun” təsiri altında soyunma otağının yolunu tutdu.
Fasilədən sonra “Xəzər Lənkəran” yenə meydanın hakimi olsa da, tədricən qonaqlar təşəbbüsü ələ aldılar. Bu nisbi üstünlük hesabına fərqi azaltmağı düşünən Starkovun yetirmələri “Fırtınalar meydanı”nın növbəti dalğası ilə “sulara qərq oldu”. Vobay – Semedo - Rahid kombinasiyasını sonuncu dəqiq tamamladı. Bu qolda matçın ən fəalı Semedonun payı xüsusi qeyd olunmalıdı. Artıq məğlubiyyətlə barışan Starkov azı biabırçı hesabdan qurtulmaq üçün rəqib tərəfindən əl-qolu “bağlanan” Jaba və Verpakovskini Elvin Məmmədov və Rəhman Hacıyevlə əvəzlədi. Lakin bu əvəzetmələr də bir nəticə vermədi. Bir halda ki, “Xəzər Lənkəran” bir an belə dayanmadan mübarizə aparır, futbolçular bir –birini sığortalayır, hücumçu Subaşiç müdafiə xəttinə tez-tez köməyə gəlir belə də rəqibin vahid bir ansamblın çaldığı havaya oynamasından başqa yolu qalmırdı.
66-cı dəqiqədə isə meydanda oyunun gözəlliyinə yaraşan bir kuryoz vəziyyət yaşandı. Vobayı əvəzləyən Elnur Abdullayev əks-hücum zamanı dəqiq ötürmə edə bilməyincə zəif sürətli top Şarliyanın üzərinə gəldi. Topu uzaqlaşdırmayan istəyən Markonun isə ayağı boşa çıxınca, mərmi boş qapıya istiqamətlənsə də son anda qapıya yox azacıq fərqlə kənara istiqamətlənib “ Bakı”nı daha böyük hesablı nəticədən xilas etdi. Bununla belə, son 20 dəqiqə ərzində “Xəzər Lənkəran” ağıllı və düşünülmüş kombinasiyalar ilə rəqibi əks-hücumda yaxalayıb, 9 epizodda real qol şansını boşa verdi. Bütün bu vəziyyətlərdə sadəcə tələskənlik və hesabdan doğan rahatlıq hesabın böyüməsinə imkan vermədi. Biçər isə “Gəncə”dən sonra “ Bakı”nı da böyük hesabla yenib, fasiləyə futbolçularının və rəhbərliyin xoş əhval-ruhiyyə ilə getməsinə şərait yaratdı.
Üstəlik, Türkiyə yığmasını yaxın keçmişdə Avropa çempionatından edən Starkov və Verpakovskinin də cavabını Biçər bu yolla verdi.
Hüseyn Cəbrayıloğlu
Futbol+ qəzeti.

0
0