“Simurq” 4 futbolçu ilə vidalaşdı, 4 nəfər də yol üstədir
22.12.2011 - 11:29
Premyer Liqanın XVIII turunun oyunlarından sonra qış fasiləsinə çıxan klublardan bəziləri heyətdə islahatlara başlayıblar. Apasport.az saytının xəbərinə görə, Zaqatalanın “Simurq” komandası artıq 4 futbolçu ilə vidalaşıb.
Bu barədə əməkdaşımıza komandanın idman direktoru Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, baş məşqçi Sergey Yuran ukraynalı yarımmüdafiəçi Yevgeni Şmakov, latviyalı hücumçu Kristaps Qlebis, yerlilərdən isə Elçin Xəlilovla Samir Quliyevin xidmətinə ehtiyac duymayıb: “Onlarla yollarımızı ayırdıq. Gedənlər bununla məhdudlaşmır. Daha 3-4 nəfər namizəd də var. Amma məsələ hələ dəqiqləşməyib”.
Əliyev bildirib ki, boşluğu doldurmaq üçün yeni futbolçular transfer ediləcək: “Artıq danışıq apardığımız həm yerli, həm də əcnəbilər var. Məsələ rəsmiləşdikdən sonra adlarını açıqlayacağıq”.
“Simurq”un qış hazırlıq planı da məlum olub. Komanda yanvarın 10-da Zaqatalada bir araya gələcək. Cəmi 4 gündən sonra əyalət təmsilçisi Antalyaya yola düşəcək. Yanvarın 14-dən başlayacaq toplanışa ayın sonunda yekun vurulacaq. Qardaş ölkədə olduğu müddətdə rusiyalı məşqçi yetirmələrinin gücünü 4-5 yoldaşlıq oyununda sınayacaq.

0
0