Berti Foqts: Müdafiədə səhvlər etməsək, qitə çempionu olacağıq
22.12.2011 - 11:35
“Almaniya yığması dünyanın ən yaxşı komandası, Bundesliqa isə ən yaxşı çempionat sayılır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniya mütəxəssis Bundestim haqda fikirlərini bildirərək, onu hazırda planetin ən güclüsü hesab edib.
Foqtsun fikrincə, futbolçu və baş məşqçisi kimi Avropa çempionu olduğu Bundestim yenə qitədə 1-ci olub, son illərdə İspaniya yığmasının hegemonluğuna son qoya bilər: “Əgər müdafiədə yaxşı oynasaq və səhvlər etməsək, onda Avropa çempionu olacağıq. Ümid edirəm ki, Avro-2012-dən sonra baş məşqçi Yoahim Lövü titul münasibətilə təbrik edəcəyəm”.
Foqts Bundesliqa ilə də bağlı fikirlərini bildirərək, “Bavariya”nı aşkar favorit sayıb: “Bu komanda dayandırılmayacaq. Əgər Dortmund “Borussiya”sından qabaqda olsa, üstünlüyünü qoruyacaq. Futbolçu karyeramı həsr etdiyim Mönhenqladbaxt “Borussiya”sı isə mövsümün sürprizi sayılır. Komandanın baş məşqçisi çox iş görüb. “Borussiya”nın böyük potensiala malik komandadır. Mənim komandam İsveçrə saatı kimi işləyir”.

0
0