Premyer Liqamızın 7 siması
22.12.2011 - 12:42
Premyer Liqanın 2011-ci ilə aid olan ilk hissəsinin əvəzolunmazları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın 18 turunda yalnız 7 futbolçu bütün matçları əvəzolunmadan keçirib.
Bunlar “Qarabağ”dan Admir Teli və Namiq Yusifov, “Xəzər Lənkəran”dan Andrey Mureşanla Rahid Əmirquliyev, “Qəbələ”dən Pavel Doroşev, “Neftçi”dən Saşa Stamenkoviç, AZAL-dan Cahangir Həsənzadədir.
Göründüyü kimi, öz komandasının yeganə əvəzolunmazı olanlar qapıçı, digər 4 futbolçu isə sahə oyunçusudur. Premyer Liqanın 7 simasından 4-ü əcnəbidir.
Qeyd edək ki, daha 1 qapıçı – “Bakı”nın serb qolkiperi Marko Şarliya da bütün oyunları əvəzolunmadan keçirib. Lakin o, digərlərindən fərqli, 18 deyil 17 matçın iştirakçısı olub. Çünki başa çatdırılmayan “İnter” – “Bakı” qarşılaşmasının göstəriciləri ləğv olunduğundan Markonun hesabında 1 oyun azdır.

0
0