“Kəpəz” gələn il indiki kimi olmayacaq, hamı bizdən çəkinəcək”
22.12.2011 - 13:14
“İli major notda başa vurmaq istəyirdik, amma məqsədimizə nail ola bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in müdafiəçisi Azər Məmmədov deyib.
Yayda heyətini xeyli gücləndirən və ilk “altılıq” uğrunda mübarizə aparacağını açıqlayan Gəncə təmsilçisi qış fasiləsinə turnir cədvəlinin 10-cu pilləsində yollandı. Qərblilər 15 oyundan cəmi 16 xal toplamağı bacarıb. Son turlarda istədiyi nəticəni əldə edə bilməyən əyalət təmsilçisi ili məğlubiyyətlə başa vurdu: “Neftçi” ilə görüşdə heyətdə 4 yeni futbolçumuz vardı. Onların heç biri Premyer Liqa üzü görməmişdi. Matçın favoriti olan “Neftçi” bizə qarşı tam heyətlə mübarizə apardı. Fikrimcə, 0:2 hesabı ilə uduzmaq normal qarşılanmalıdır”.
Kapitan fasilədə komandada dəyişikliklərin ediləcəyini və baş məşqçinin əsasən gənclərə güvənəcəyini bildirib: “Dəyişikliklər olacaq. Bu, baş tutsa, “Kəpəz” gələn il indiki kimi olmayacaq, hamı bizdən çəkinəcək. Artıq “Neftçi” ilə oyunda favorit biz sayılacağıq”.
Gənclərə şans verilməsinin vaxtının yetişdiyini vurğulayan Məmmədovun sözlərinə görə, baş məşqçinin bununla bağlı planları var: “Gənclər də nə vaxtsa oynamalıdırlar. “Neftçi” ilə qarşılaşmada meydana çıxan gənclərimiz xoş təsir bağışladılar. Sonra da deyirlər ki, Gəncədə futbolçu yetişmir. Bəs meydana çıxanlar harada yetişib?”
Komandadan ayrılacaq futbolçular haqda hələ məlumat verilmədiyini deyən təcrübəli futbolçu bunu mətbuatdan öyrənəcəklərini deyib: “Oyundan sonra iclas oldu, amma ad açıqlamadılar. 2-3 gündən sonra mətbuat vasitəsilə öyrənəcəyimizi dedilər”.
Bəs gənclərə üstünlük veriləcəyi məqamda, Məmmədov komandadakı yerini itirəcəyindən qorxmurmu? Suala futbolçu özünün futbola gəlişindən misal çəkməklə cavab verdi: “Düzünü deyim, mən də kiminsə yerinə gəlmişəm. Tofiq Məmmədov var idi, futbolkasını və yerini mənə verdi. Həyatda ölümdən qorxmaq lazımdır. Gücüm hələ tükənməyib. Gənclərdən geri qalmıram. Heç kimin narazılığı yoxdur. Desələr, normal qarşılayacağam. Burda qəbahət heç nə yoxdur”.

0
0