“Qarabağ”ın Türkiyəyə yollanacağı tarix dəqiqləşdi
22.12.2011 - 13:33
“Qarabağ” istirahətə buraxılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqanın XVIII turunda “Qəbələ” ilə heç-heçə edən komanda bu gündən etibarən tətilə çıxıb.
Baş məşqçisi Qurban Qurbanov yetirmələrinə 20 günlük istirahət verib. Belə ki, “Qarabağ” yanvarın 10-da yenidən bir araya gələcək. Komanda 2-ci mərhələnin hazırlığına Bakıda başlayacaq. Yanvarın 15-də isə Ağdam təmsilçisi təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
Fevralın 4-ünə kimi Antalyada çalışacaq komanda Bakıya dönüb XIX turda qarşılaşacağımız “Simurq”la oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək.

- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0