“İnter” legioneri ilə müqavilə bağladı - FOTO
22.12.2011 - 14:28
“İnter” qış fasiləsində heyətini qorumağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, bu ilin sonunda müqaviləsi bitən futbolçusu olmayan “bankirlər” hansısa futbolçu ilə yollarını ayırmağı düşünmür.
Paytaxt təmsilçisində yalnız bir futbolçu ilə müqavilənin müddəti bitirdi ki, onun da məsələsinə artıq tam aydınlıq gəlib. Belə ki, “İnter” son transferi olan İbrahima Niasse ilə yeni müqavilə imzalayıb. Artırılan anlaşmanın müddəti 1,5 illik olub.
Oktyabrın əvvəlində İsveçrənin “Ksamaks” klubundan sərbəst futbolçu kimi gələn 23 yaşlı seneqallı yarımmüdafiəçi Bakı təmsilçisinin əsas heyətində möhkəmlənə bildi. Təsadüfi deyil ki, daim əsas heyətdə yer alan İbrahima Premyer Liqada keçirdiyi 9 oyunda 799 dəqiqə oynayıb, yalnız “Qarabağ”la matçda sona 11 dəqiqə qalmış əvəzlənib.
Ucaboylu afrikalının hesabında 1 sarı vərəqə var. Niasse nəticəsi ləğv olunaraq, 3:0 hesablı texniki qələbə aldıqları “Turan”la kubok matçında da ilk dəqiqələrdən meydanda olub. Həmin oyun hesabda 2:0 irəlidə olduqları zamanı “Turan” qapısına vurulan 2-ci qola etiraz əlaməti kimi fasilədən sonra meydana çıxmaqdan imtina etdiyindən, yarımçıq dayandırıldı.
Mehman SÜLEYMANOV

- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0