Messi Argentinada ilin idmançısı seçildi
22.12.2011 - 14:37
Messi Argentinada ilin idmançısı seçildi
Son 2 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti mükafatını alıb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 24 yaşlı hücumçusu vətəni Argentinada başa çatmaqda olan 2011-ci ilin idmançısı seçilib.

İndiyə kimi çoxsaylı mükafatlar qazanan Messi nəhayət, vətənində də diqqətə layiq görülüb. Belə ki, Lionelin heyətində yer aldığı Argentina milli komandasının çıxışı uğurlu alınmır və futbolçu buna görə vətənində dəfələrlə tənqid olunub. O, yalnız 2008-ci ildə olimpiya yığmasının heyətində Pekin Olimpiadasının qalibi olmağı ilə öyünə bilər.

Messi həmyerlilərindən aldığı qiymətə böyük önəm verib: “Mən bu mükafatla fəxr edirəm. Artıq çoxlu mükafatlar almışam. Ancaq Argentinada ilk dəfə mükafata layiq görülmüşəm”.