Biçər zirvədəki Hacıyevə yüksəkdən baxır
22.12.2011 - 14:59
Biçər zirvədəki Hacıyevə yüksəkdən baxır
Premyer Liqanın 2011/12 mövsümünün ilk hissəsində 18 baş məşqçi iş başında olub. Apasport.az saytının məlumatına görə, 6 klub – “Neftçi”, “İnter”, “Bakı”, “Qarabağ”, “Simurq” və “Sumqayıt Şəhər” 18 turluq yolu 1 mütəxəssislə keçib. Həmin 6 çalışdırıcıdan dördü legioner, ikisi yerlidir.

Digər 6 komanda 5 ayda 2 baş məşqçiyə güvənib. Düzdür, əslində, “Turan”da da 1 çalışdırıcısı olub. Lakin Əsgər Abdullayev və yetirmələrinin rəhbərliklə pul davasına çıxıb, 1 oyunu boykot etməsi üzündən həmin görüşdə başqa heyət və başqa məşqçi iş başında olub.

Digər 5 kluba gəlincə, onların üçündə yerli mütəxəssisi yerli, ikisində əcnəbi əcnəbini əvəzləyib. Bu isə o deməkdir ki, çempionatımızı legionerlə başlayan 6 komanda elə gəlmə ilə də yoluna davam edir. Yerlilər də həmçinin.

Ancaq əcnəbilərə güvənən 6 klub 8, yerlilərə güvənənlər isə 10 məşqçidən istifadə edib. Yerli məşqçilərin daha çox dəyişdirilməsi isə bilavasitə nəticə ilə bağlıdır. Çünki ilk “altılıq”da qərarlaşanların dördü legionerdir.

Mütəxəssislərin qazandığının mümkün xallara faiz nisbətinə baxdıqda isə, “Xəzər Lənkəran”ı 3 oyuna çıxaran Cüneyt Biçər hamıdan öndədir. Bütün oyunların iştirakçısı olanlar arasında isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev liderdir.

YerBAŞ MƏŞQÇİOQHMVURULUBBURA XILIBXALXAL/ FAİZLƏ
1Cüneyt Biçər (XL)321071777,8%
2Böyükağa Hacıyev (Neftçi)18121537163768,5%
3Kaxaber Sxadadze (İnter)1810621793666,7%
4Mirça Rednik (XL)1584320162862,2%
5Rafiq Mirzəyev (AZAL)741214121361,9%
6Fatih Kavlak (Qəbələ)6321631161,1%
7Aleksandr Starkov (Bakı)1885523162953,7%
8Qurban Qurbanov (Qarabağ)1885520142953,7%
9Vladislav Qədirov (Rəvan)1254315131952,8%
10Toni Adams (Qəbələ)1243512161541,7%
1Sergey Yuran (Simurq)1854918271935,2%
12Mehman Allahverdiyev (Kəpəz)1333716221230,8%
13Elxan Abdullayaev (AZAL)1124512161030,3%
14Bernard Raab (Sumqayıt Şəhər)18431113231527,8%
15Mirbağır İsayev (Kəpəz)5113512426,7%
16Əsgər Abdullayev (Turan)17321210211121,6%
17Bəhmən Həsənov (Rəvan)603369316,7%
18Eltay Aslanov (Turan)10010500,0%