“Neftçi”yə rəğbət, “Kəpəz”ə nifrət
22.12.2011 - 17:00
“Neftçi”yə rəğbət, “Kəpəz”ə nifrət
Premyer Liqanın XVIII turundan sonra fasiləyə yollanan klublarımız penalti vura bilməməyi ilə diqqət çəkiblər. Apasport.az saytının məlumatına görə, başa çatmayan “İnter” – “Bakı” matçı da nəzərə alınmaqla, 108 qarşılaşmada 24 penalti təyin olunub.





Serbiyalıdan serbiyalıyadək

Bunların da az qala yarısı – 10-u qolla nəticələnməyib. Mövsümün ilk penaltisini serbiyalı Miloş Zeçeviç, sonuncusu isə onun həmyerlisi Branimir Subaşiçin ayağına yazılıb. Onların hər ikisi də dəqiq olub.

1234567
1Miloş ZeçeviçRəvanElşən PoladovKəpəzRauf CabbarovQOL
2Sergey ArtyuxTuranElşən PoladovKəpəzVüsal ƏliyevQOL
2Denis IvanovBakıAdnan Hodziç SimurqRövşən Əhmədov-
3Aleksandar ŞoliçBakıGeorgi LomayaİnterRamil Diniyev-
4Nurlan NovruzovBakıKonstantin KolesnikovKəpəzElçin Məmmədov-
4Georgi AdamiyaQarabağPavel DoroşevQəbələVüsal Əliyev-
6Xavyer JuniorBakıAnar NəzirovTuranRauf Cabbarov-
6Miloş ZeçeviçRəvanAndrey PopoviçSumqayıt ŞəhərƏliyar Ağayev-
10Sergey ArtyuxTuranAndrey PopoviçSumqayıt ŞəhərVüsal ƏliyevQOL
10Danildo AssioliİnterPavel DoroşevQəbələRövşən ƏhmədovQOL
10Deon BartonQəbələGeorgi LomayaİnterRövşən Əhmədov QOL
11FlavinyoNeftçiAnar NəzirovTuranCeyhun Haşımov-
11Con PeluRəvanGeorgi LomayaİnterƏliyar Ağayev-
13Fərid QuliyevNeftçiPavel DoroşevQəbələRamil Diniyev-
14Serjs CehuaQəbələMarko ŞarliyaBakıElçin MəmmədovQOL
16Bahodir NasimovNeftçiCahangir HəsənzadəAZALƏliyar AğayevQOL
16Kamil NurəhmədovSumqayıt ŞəhərKonstantin KolesnikovKəpəzAnar SalmanovQOL
17Bahodir NasimovNeftçiGeorgi LomayaİnterElçin Məmmədov-
17Əfran İsmayılovQarabağDavud KərimiRəvanFariz YusifovQOL
17Branimir SubaşiçXəzər LənkəranKonstantin KolesnikovKəpəzƏliyar AğayevQOL
17Zohair BenouahiAZALFuad ƏhmədovSimuqAnar Salmanov QOL
18Baçana SxadadzeİnterAdnan HodziçSimurqElvin ƏsgərovQOL
18Branimir SubaşiçXəzər LənkəranMarko ŞarliyaBakıFariz YusifovQOL
18FlavinyoNeftçiKənan BayramovKəpəzAnar SalmanovQOL

1 – tur, 2 – vurub, 3 - komandası, 4 – qapıçı, 5 – cəzalanan komanda, 6 – hakim, 7 – nəticə.

“Neftçi”yə rəğbət, “Kəpəz”ə nifrət

18 tur ərzində yalnız “Simurq”la “Kəpəz” 11 metrlik zərbəsi vurmaq imkanı qazanmayıb. Rekord isə “Neftçi”yə məxsusdur – 5 dəfə. Amma bakılılar 3 dəfə qeyri-dəqiq olublar. Əvəzində heç bir hakim “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”ın qapısına penalti verməyib. “Kəpəz” hamıdan çox 6, “İnter” isə 4 dəfə cəzalanıb. Sonuncular 3 dəfə bu zərbənin qarşısını alıb.

12345678
1 Neftçi 523000
2 İnter 220413
3 Xəzər L 220000
4 Qarabağ 211000
5 Bakı 404220
6 Qəbələ220312
7 AZAL110110
8 Rəvan312110
9 Simurq000321
10 Kəpəz000651
11 Sumqayıt 110211
12 Turan 220202
  241410241410

1 – turnir cədvəlindəki yeri 2 – klub, 3 – vurduğu penalti, 4 – dəqiq, 5 – qeyri-dəqiq, 6 – cəzalandığı penalti, 7 – dəqiq, 8 – qeyri-dəqiq.

11 metrliyin “onluğ”u

Cari mövsümün 24 penaltisini 10 hakim verib. Rekordçu Əliyar Ağayev 4 dəfə fərqlənib. Lakin o, heç də həmişə penalti vuranları sevindirməyib.

12345
1 Əliyar Ağayev422
2 Anar Salmanov 330
3 Elçin Məmmədov312
4 Rövşən Əhmədov321
5 Vüsal Əliyev321
6 Fariz yusifov220
7 Ramil Diniyev202
8 Rauf Cabbarov211
9 Ceyhun Haşımov101
10 Elvin Əsgərov110
  241410

1 – yeri 2 – hakim, 3 – təyin etdiyi penalti, 4 – dəqiq, 5 – qeyri-dəqiq.

Subaşiçlə Artyuxdan yoxdur

5 futbolçu mövsümdə 2 dəfə penalti vurub. Onlardan yalnız ikisi hər 2 halda dəqiq olublar. Bunlar Branimir Subaşiçlə Sergey Artyuxdur.

12345
Miloş ZeçeviçRəvan211
Sergey ArtyuxTuran220
FlavinyoNeftçi211
Bahodir NasimovNeftçi211
Branimir SubaşiçXəzər Lənkəran220

1 – futbolçu, 2 – klub, 3 – vurduğu penalti, 4 – dəqiq, 5 – qeyri-dəqiq.

Hakimlər Lomayadan nə istəyir?

Qapıçılara gəlincə, onlardan 5-i 2, 2-si 3, Georgi Lomaya isə 4 dəfə cəzalanıb. Lakin “İnter”in gürcü qolkiperi səviyyəsini göstərərək, 3 dueldən qalib ayrılıb. Anar Nəzirov isə 2 dəfədən artıq cəzalanıb, penaltidən qol buraxmayan yeganə qapıçıdır.

12345
Georgi Lomayaİnter413
Pavel DoroşevQəbələ312
Konstantin KolesnikovKəpəz321
Elşən PoladovKəpəz220
Adnan Hodziç Simurq211
Anar NəzirovTuran202
Andrey PopoviçSumqayıt Şəhər211
Marko ŞarliyaBakı220

1 – qapıçı, 2 – klub, 3 – qapısına təyin edilən penalti, 4 – dəqiq, 5 – qeyri-dəqiq.