“Kəpəz” yeni qapıçı tapdı
23.12.2011 - 00:02
“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev qış fasiləsində iş yerini dəyişə bilər. Apasport.az saytının xəbərinə görə, serbiyalı qolkiper Boyan Pavloviçin gəlişindən sonra nadir hallarda meydana çıxan millimizin sabiq üzvü “Kəpəz”in maraq dairəsinə düşüb.
Gəncə təmsilçisi artıq 11 futbolçu ilə vidalaşıb ki, onların arasında rusiyalı qapıçı Konstantin Kolesnikov da var. “Kəpəz”in baş məşqçisi Mirbağır İsayev isə “çərçivə”yə Vəliyevi gətirmək fikrindədir.

0
0