Arda Turan baş məşqçisiz qaldı
23.12.2011 - 00:12
Arda Turan baş məşqçisiz qaldı
Madrid “Atletiko”sunun baş məşqçisi Greqerio Manzano istefaya göndərilib. Apasport.az saytının xəbərinə görə, buna komandanın İspaniya Kral Kubokunda “Albesete”yə məğlubiyyət səbəb olub.

Mövsümün əvvəlində Arda Turan və Falkao kimi futbolçuları heyətinə qatmasına baxmayaraq, “Atletiko” Primeroda da zəif təsir bağışlayır və hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.