Afrikada ilin ən yaxşı futbolçusu müəyyənləşdi
23.12.2011 - 09:30
2011-ci ildə Afrikanın ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” və Fil Dişi Sahili yığmasının yarımmüdafiəçisi Yaya Ture bu il “qara qitə”nin ən yaxşı futbolçusu sayılıb. 2-ci yeri “Barselona”nın və Mali yığmasının yarımmüdafiəçisi Sydu Keyta tutub. 3-cü isə “Marsel”in və Qana millisinin hücumçusu Andre Ayu olub.
Qeyd edək ki, səsvermədə Afrika Futbol Konfederasiyasına daxil olan milli komandaların baş məşqçiləri və texniki direktorları iştirak edib.
Qeyd edək ki, səsvermədə Afrika Futbol Konfederasiyasına daxil olan milli komandaların baş məşqçiləri və texniki direktorları iştirak edib.
0
0