Şampun oğurladı, komandadan qovuldu
23.12.2011 - 10:04
Şampun oğurladı, komandadan qovuldu
Almaniyanın “Frayburq” klubunda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi mərakeşli yarımmüdafiəçisi Yasin Abdessadkini oğurluq etdiyinə görə qovub. Komanda Kölnə şəhərin eyniadlı komandası ilə səfər oyununa gələrkən oteldə qalıb və bu, xoşagəlməz olay da orada baş verib. Otelin rəhbərliyi komandanın nümayəndələrindən hesabat verməyi tələb edib. Belə ki, 30 yaşlı afrikalı futbolçunun bir neçə qab şampun oğurladığı və vanna otağında su borusunu xarab etməyi müəyyənləşib. Nəticədə “Frayburq” son 4 ildə onun şərəfini qoruyan Yasinlə müqaviləsini pozub və nəticədə futbolçu sərbəst olub.

Klubun idman direktoru Dikr Dyufner məsələyə belə münasibət bildirib: “Peşəkar futbolçu özünə belə şey etməyə imkan verməməlidir. Biz oyunçunun bu cür hərəkətini dəstəkləmirik”.