Uinston Parksın köməyinə ehtiyac olmadı
23.12.2011 - 10:10
Uinston Parksın köməyinə ehtiyac olmadı
“Bakı”nın futbolçusu Uinston Parksın şərəfini qoruduğu Kosta-Rika milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalılar Venesuela yığması ilə qarşılaşıblar.

DÇ-2014-ün seçmə mərhələsinə hazırlaşan kosta-rikalılar bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəliblər. Parks komandasının səfər qələbəsində iştirak etməyib. Belə ki, o, Premyer Liqamızın “Xəzər Lənkəran” – “Bakı” matçında iştirak etdiyindən millisinə yollanmamışdı.