Baş hakimlər 1 oyuna 5 min avro qonorar alacaq
23.12.2011 - 10:59
2012-ci il Avropa çempionatının final mərhələsinə təyinat alan hakimlərin qonorarları açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş hakim 1 oyun üçün 5 min avro, köməkçiləri bunun yarısını alacaq.
Bu, təxminən Çempionlar Liqasında hakimlərin qazandığı qədərdir. Dünya çempionatında isə ödəniş sistemi fərqlidir. Belə ki, bütün hakimlərə idarə etdiyi matçların sayından asılı olmayaraq, eyni məbləği – 30 min avroya yaxın pul ödəyirlər.
UEFA üçün belə mötəbər yarışlara seçimdə əsas meyar hakimlərin reytinqi olur. Belə ki, ədalət təmsilçisi dünya və Avropa çempionatına getmək üçün minimum “Elite” və “Premier Development” qrupuna daxil olmalıdır. Ancaq bu qruplara 30-35 nəfərin daxil olmağı Avro-2012-də bir yerə 3 hakimin iddia etməyi deməkdir. Ona görə də UEFA hakimin səviyyəsinə şübhə etməmək üçün o, hər oyunu səhvsiz idarə etməlidir.
Polşa və Ukraynada keçiriləcək final mərhələsinin oyunlarına təyinatlar 4-5 gün əvvəl ediləcək. Ən çətin və prinsipial matçları idarə etmək səlahiyyəti reytinqi yüksək olan hakimlərə veriləcək. Əgər hakim ilk oyununda səhv etməzsə, onun Avro-2012-də daha bir matça təyinat almaq şansı əhəmiyyətli dərəcədə artacaq.
Qeyd edək ki, Avro-2012-də baş hakimlər 12 nəfər - Yunas Erikson (İsveç), Viktor Kaşşai (Macarıstan), Byorn Keypers (Hollandiya), Ştefan Lannua (Fransa), Pedru Proensa (Portuqaliya), Nikola Ritssoli (İtaliya), Damir Skomina (Sloveniya), Volfanq Ştark (Almaniya), Kreyq Tompson (Şotlandiya), Karlos Velako Karbalyo (İspaniya), Hovard Uebb (İngiltərə), Cüneyt Çakır (Türkiyə) olacaq.

0
0