Asan rəqibə çevrilən “Bakı” və ya 21 aydan sonra təkrarlanan seriya
23.12.2011 - 12:07
Premyer Liqanın XVIII turunda “Xəzər Lənkəran”ın qonağı olan “Bakı” statiskaya nəzər saldıqda komanda üçün ən asan rəqiblərdən birinə çevrilir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi növbəti dəfə böyük hesabla məğlub olduğu Lənkəran klubu ilə oyundan tarixdə üçüncü dəfədir ki, eyni hesabla ayrılır.
Rəqibini 3:0 hesabı ilə üstələyən “Xəzər Lənkəran” 2009-cu il aprelin 4-də və elə həmin il noyabrın 26-da da rəqibindən bir baş üstün oynayaraq, 3:0 hesabına sevinmişdi.
Lənkəran təmsilçisinin “Bakı”dan çox böyük hesabla məğlub etdiyi komanda olmadığından paytaxtın eyniadlı klubu “ağ-yaşıllar” üçün ən asan rəqiblər siyahısına daxil edilə bilər. Düzdür, daxili arenada sayca 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran”ın ən böyük “qurban”ı 6 dəfə darmadağın olunan “Gənclərbirliyi”dir. Lakin artıq bu komanda mövcud deyil. Eyni zamanda bakılılarla eyni qədər – üç dəfə böyük hesabla üstələnən digər rəqiblər də var. Onların da çoxu artıq aşağı dəstədə mübarizə aparır.
Ümumilikdə, Azərbaycan çempionatları və kuboku yarışlarında 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran” 24 müxtəlif komandaya gücünü göstərib. Bunlar aşağıdakılardır.
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” - 3
AZAL, “Qarabağ”, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard” – 1
“Bakı” ilə qarşılaşma həm də ardıcıl ikinci böyükhesablı qələbə oldu. Bundan əvvəl Premyer Liqanın XVII turunda “Kəpəz”i 4:1 hesabı ilə məğlub edən komanda çempionatda 2 qələbəni sıralamaqla 21 aydan sonra belə bir nəticə əldə etdi. Məsələ ondadır ki, onlar sonuncu dəfə 2009/10 mövsümündə ardıcıl iki rəqibi 3 və ya daha çox top fərqilə keçmişdi. Həmin vaxt 2010-cu il fevralın 21-də “Karvan”, martın 12-də isə “Qəbələ” məğlub edilmişdi: müvafiq olaraq 3:0 və 4:1.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın çempionatda ardıcıl böyükhesablı qələbələr rekordu 2004/05 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda “Şəmkir”i 4, “Gənclərbirliyi”ni 5, “Göyəzən”i 3 cavabsız qolla məyus etmişdi.

0
0