“Turan”ın futbolçusu “qiyam”la tarixə düşdü
23.12.2011 - 12:17
Azərbaycan Premyer Liqasının gənc futbolçusu ilə bağlı rekord yenilənib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə meydana çıxan ən “balaca” oyunçu “Turan”ın yarımmüdafiəçisi Budaq Nəsirov olub.
Tovuz klubunun əvəzedici heyətinin üzvü 1996-cı il iyulun 15-də anadan olub. Budağın hesabında cəmi 1 oyun var ki, bu da XIII turda noyabrın 20-də “Bakı”ya 0:5 hesabı ilə uduzduqları matçdır.
Məlum olduğu kimi, “Turan”ın əsas futbolçuları maddi problemlər üzündən həmin oyun öncəsi qiyam edərək, meydana çıxmaqdan etdilər. Nəticədə tovuzlular əvəzedici heyətinin futbolçularını oyuna çıxarmalı oldu ki, bu da Nəsirovun tarixə düşməyinə imkan yaratdı. Belə ki, futbolçu “Bakı”nın bazasında keçirilən matçda 15 yaş 4 ay 128 günlüyündə olub.
Bunadək isə gənc futbolçu ilə bağlı rekord “Sumqayıt Şəhər”in hücumçusu Orxan Əliyevə məxsus idi. 1995-ci ilin dekabrın 12-də anadan olan futbolçu komandasının Premyer Liqada debüt etdiyi görüşün iştirakçısı olub. Bu, I turda avqustun 6-da “Xəzər Lənkəran”a səfərdə 1:2 hesabı ilə uduzduqları oyundur. Həmin vaxt Orxan 16 yaş 8 ay 237 günlüyündə olub.
Premyer Liqamızın ən “qoca”ları “Sumqayıt Şəhər”də qalmaqda davam edir. Bunlar Aqil Məmmədov, Aslan Kərimov və Mahmud Qurbanovdur. Düzdür, 1973-cü ilin yanvarın 1-də anadan olan Aslanın adı komandanın iştirak ərizəsində olsa da, oynayan məşqçi zədə üzündən meydana çıxmadı və “Qarabağ”la noyabrın 30-da Ağdamda keçirilən kubok oyununda futbolçu karyerasını rəsmən bitirdi. 1973-cü ilin mayın 10-da anadan olan Qurbanov “Sumqayıt Şəhər”də daha çox meydana çıxsa da, ən “qoca” deyil. Çünki 1972-ci ilin aprelin 12-də anadan olan komanda yoldaşı Aqil ondan 11 ay böyükdür və ən əsası, meydana çıxıb. Məmmədov sonuncu dəfə XIV turda noyabrın 25-də “Sumqayıt Şəhər”in evdə “Rəvan”a 0:1 hesabı ilə uduzduğu matçda oynayıb. Həmin vaxt Aqil 39 yaş 7 ay 227 günlüyündə meydanda olub.
Təbii ki, bunların hamısı öz futbolçularımızdır. Əgər legionerlərdə belə müqayisə aparsaq, ən yaşlının “İnter”in çexiyalı yarımmüdafiəçisi Bronislav Çervenka, ən gəncin “Rəvan”ın rusiyalı hücumçusu Şaraputdin Şaraputdinov olduğunu deyə bilərik. 1975-ci il sentyabrın 9-da anadan olan Çervenka son turda – dekabrın 20-də “Simurq”a Zaqatalada 2:0 hesabı ilə qalib gəldikləri oyunu əvəzedilmədən keçirib. Bu da onun 36 yaş 3 ay 84 günlüyündə meydana çıxmağı deməkdir. Şaraputdin isə 1993-cü il fevralın 23-də doğulub. O, ilk dəfə II turda – avqustun 14-də “Neftçi”yə evdə 0:1 hesabı ilə yenildikləri matçda forma geyib. Onda legioner 18 yaş 6 ay 172 günlüyündə olub.
Həm yerli, həm də əcnəbi futbolçular arasında kəskin yaş fərqinin olduğunu görərik. Yəni Aqil Budaqdan 24 yaş, Bronislav isə Şaraputdindən 18 yaş böyükdür. Bu da onların ata-oğul yerinə düşdüyü deməkdir. İstənilən halda, Premyer Liqamızın ən “qoca”sı ilə cavanı legionerlər yox, öz futbolçularımızdır.
Mehman SÜLEYMANOV

0
0