Fariz Nəcəfov: Hamı deyirdi ki, “Qəbələ” çempionluğa əsas namizəddir
23.12.2011 - 12:53
“Baş məşqçi postunda dəyişiklik edilməyəcək. Hazırkı çalışdırıcı Fatih Kavlak yaya qədər komandada qalacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Toni Adamsın istefasından sonra köməkçi-məşqçi kimi çalışan türkiyəli mütəxəssis baş məşqçi postuna gətirildi. Həmin vaxt məşqçinin qış fasiləsinə qədər qazanacağı nəticələrin onun mövsümün sonuna qədər postunda qalıb-qalmayacağına aydınlıq gətirəcəyi deyilirdi.
Artıq yekun qərara gələn əyalət təmsilçisi Kavlakı mövsümün sonuna qədər postunda saxlayıb. Təbii ki, bunda həm də qazanılan nəticələrin rolu da az olmayıb: “Nəticələri qənaətbəxş hesab etmək olar. Həm də fikirləşdik ki, indiki məqamda hansısa mütəxəssis gəlib, qarşıya qoyulan məqsədi qəbul etməyəcək. Və ya etsə də, onun futbolçuları tanıması vaxt aparacaq. Bu da uğursuzluğa gətirib çıxara bilər. Ona görə də belə qərara gəldik ki, baş məşqçi yaya qədər işini davam etdirsin”.
Komandanın XVIII turda qazandığı nəticələr haqda da danışan vitse-prezident əsas komandanın nəticəsini üzücü sayıb: “Klub kimi, gündən-günə inkişaf edirik. İnfrastruktur yaranır, futbol akademiyası fəaliyyət göstərir. Bu gün əsas heyət daha yüksək yerlərdə qərarlaşa bilərdi. Evdə qalib gəlməli olduğumuz oyunlarda xallar itirdik. Bu baxımdan, Kavlakın nəticələrini normal qəbul etmək olar”.
İstənilən nəticənin əldə edilməməyinin səbəbinə gəlincə, Nəcəfov burda zədəli futbolçuların çoxluq təşkil etməsini də qeyd edib: “Çempionata pis başlamamışdıq. Birinci, ikinci oyunlarda yaxşı təsir bağışladı. Hamı deyirdi ki, “Qəbələ” çempionluğa əsas namizəddir. Sonrakı oyunlarda zədəli futbolçularımızın çoxluq təşkil etməsi sistemdə müəyyən pozğunluq yaratdı. Fikrimcə, uğursuzluq bununla bağlıdır. Hələlik ilk “altılıq”da yer almışıq. Nəticələrimiz bundan yaxşı ola bilərdi”.

0
0