Hamı “Neftçi” üçün
23.12.2011 - 14:26
Hamı “Neftçi” üçün
Premyer Liqanın arxada qalan 18 turu ərzində 7 avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, baş tutan 108 qarşılaşmada klubların tən yarısı – altısı öz qapısına vurulan qolun üzüntüsünü yaşayıb.

Hamıdan çox isə buna AZAL məyus olub. “Təyyarəçilər” qapını 2 dəfə səhv salmaqla, başqaları üçün qollar vurublar.

6 komanda isə rəqiblərinin çaş-baş düşüb, öz qapısına qol vurmasına sevinib. Digər komandalardan fərqli, “Neftçi” daha çox avtoqolun sevincini yaşayıb. Sanki hamının “Neftçi” üçün qol vurduğu oyunların sayı 2 olub.

Ümumilikdə, “Neftçi” (ikisini rəqibləri, birini özü) və AZAL (1, 2) 3 avtoqolun vurulduğu matçlarda meydana çıxıblar. “Qarabağ”la “Simurq” isə 2 dəfə buna şahidlik edib.

Bu komandalar da, rəqibləri də hərəyə 1 dəfə qapıları səhv salıb. Digər 8 klubdan dördünün oyunlarında avtoqol qeydə alınmayıbsa, ikisi 1 dəfə sevinc yaşayıb, ikisi isə üzülüb.

turVurubKimin üçün
1Rasim Ramaldanov (Simurq)AZAL
6Ruslan Abışov (Neftçi)Xəzər Lənkəran
6Bronislav Arsenyeviç (AZAL)Qarabağ
8Murad Hüseynov (Qəbələ)Rəvan
1Admir Teli (Qarabağ)Neftçi
16Aleksandr Qoqoberişvili (Turan)Simurq
16Nuqzar Kvirtiya (AZAL)Neftçi